SOSIAL

Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yaydı

22 mart 2024-cü il tarixində "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı ilə əlaqədar səfir Polad Bülbüloğlu tərəfindən bayram günlərinə baxmayaraq, bütün məsul işçilərə diplomatik nümayəndəlikdə iş yerlərində toplaşmaq göstərişi verilib.

"32gun.az" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, səfirliyə Azərbaycan vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb.

Terror aktının qurbanları haqqında ilk məlumatlar yayılmağa başlayan kimi Səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib. "İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda olmayıb. Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı , böyük ehtimalla Rusiya vətəndaşı olan azərbaycanlının adı olub. Hazırda Azərbaycan Respublikasının Səfirliyi bu məlumatların, o cümlədən qətlə yetirilən şəxsin meyitinin yeri, habelə mərhumun qohumları və yaxınları haqqında məlumatların dəqiqləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir", - deyə məlumatda vurğulanıb.

Loading...

Oxşar Xəbərlər