DÜNYA 20 XƏBƏR

Jurnalist saxlanıldı - beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilinib

Estoniya polisi Baltnews.com internet nəşri üçün məqalələr yazan və fotoşəkillər çəkən jurnalist Svetlana Burtsevanı həbs edib.

32gun.az xəbər verir ki, bu barədə Eesti Ekspress məlumat yayıb .

Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları Burtsevanı beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilirlər. Tallinndə yaşayan  Estoniya vətəndaşı Avropa İttifaqının sanksiyaları altında olan Baltnews.com internet nəşri üçün məqalələr yazıb və fotoşəkillər çəkib .

Nəşr vurğulayır ki, martın 27-də jurnalist “Estoniya Respublikasına qarşı münasibətlər” maddəsi ilə əlavə şübhə ilə ittiham olunub.

Estoniya prokurorluğu Burtsevanın həbsi üçün fevralın 29-da sorğu göndərib və Harju Dairə Məhkəməsi onu martın 1-də həbs edib. Bu, onun yeni cinayətlər törətməsinin və bəlkə də ölkəni tərk etməsinin qarşısını almaq üçün edilib.
Ayxan 

Loading...

Oxşar Xəbərlər