MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Məşhur model niyə layiqli sevgili tapa bilmədiyini açıqlayıb

Blogger və model Viktoriya Bonya münasibətdə ondan daha çox iş görəcək layiqli kişi tapa bilmədiyini etiraf edib.

32gun.az xəbər verir ki, bu barədə "The Voice" nəşri yazıb .

“Hər mənada özümü kişidən daha çox hiss edirəm. Mənim fonumda onlar dağılmağa başlayır. Bunu görəndə adamın əziyyət çəkməsini istəmirəm, qalxıb gedirəm. Mənə evlilik təklif edirlər, insanlar artıq üzük alırlar. Amma mən gedirəm, çünki başa düşürəm ki, bu adam mənə dözə bilməz. Mənim adamım mənimlə eyni ölçüdə olmalıdır”, - deyə Bonya vurğulayıb.

Eyni zamanda, o bir çoxlarının onu hansısa bir kişi tərəfindən dəstəkləndiyinə görə qınamasından şikayətlənib.

Boninin dediyinə görə, onu tam təmin edə biləcək bir centlmen olsa, xoşbəxt olardı. Model ümid etdiyini bildirib ki, tezliklə həyatında belə bir kişi peyda olacaq.

Nilay

Loading...

Oxşar Xəbərlər