DÜNYA 20 XƏBƏR

Kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edilib

Nyu-York məhkəməsi FTX kriptovalyuta birjasının təsisçisi Sem Bankmen-Fridi çoxmilyardlarla dollarlıq fırıldaqçılıq ittihamı ilə 25 il həbs cəzasına məhkum edib .

32gun.az xarici KİV-ə istinadən bildirir ki, əvvəlcə prokurorluq 50 il cəza istəsə də, vəkillər 6,5 il israr ediblər.

Təqsirləndirilən şəxs özü "üzrxahlıq tonunda" ifadə verib, "eqoist qərarlar" verdiyini qeyd edib.

ABŞ Prokurorluğu 2023-cü ilin fevralında iflas etmiş FTX kriptovalyuta birjasının təsisçisi Sam Bankman-Fried-ə qarşı rəsmi ittihamlar irəli sürüb . O, dələduzluq və cinayət birliyi yaratmaq da daxil olmaqla 12 cinayət maddəsinə daxil olan əməllərdə ittiham olunur. Prokurorlar bildiriblər ki, Bankman-Fried FTX-nin digər iki keçmiş rəhbəri ilə əlbir olub, şirkət üçün əlverişli qanunların qəbul edilməsi üçün güclü konqresmenlərə on milyonlarla dollar ianə verib.

Xatıeladılır ki, ötən il avqust ayında Bankman-Frid şahidlərin müdaxiləsi ittihamı ilə həbs edilmişdi . Noyabrın 3-də ABŞ məhkəməsi onu dələduzluq və sui-qəsddə təqsirli bilib .
Ayxan 

Loading...

Oxşar Xəbərlər