DÜNYA 20 XƏBƏR

Son dəqiqə! Qazaxıstan hakimiyyəti həmvətənlərinə ÇAĞIRIŞ ETDİ: Ukrayna ərazilərini tərk edin

Qazaxıstan hakimiyyəti öz vətəndaşlarına təhlükəsizlik baxımından Odessa və Xarkovu tərk etməyi tövsiyə edib.

32gun.az bildirir ki, bu barədə Qazaxıstanın Kiyevdəki səfirliyinin  rəsmi saytında məlumat verilib .

“Qazaxıstan vətəndaşlarının nəzərinə! " Ukraynanın Odessa və Xarkov vilayətlərində artan gərginlik və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qazaxıstanın Ukraynadakı səfirliyi öz vətəndaşlarına bu bölgələri tərk etməyi düşünməyi tövsiyə edir", - deyə bəyanatda deyilir.

Martın 26-da ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib ki, Rusiya Dnepr çayının sol sahilindəki ərazilərə nəzarəti ələ keçirəcək və bu ərazilər Ukrayna ilə faktiki sərhədə çevriləcək. Onun sözlərinə görə, Ukraynanın Sol sahilinin işğalı həm də Xarkov və Sumi kimi şəhərlərin Rusiyanın nəzarətinə keçməsi demək olacaq . Bu ərazilərdə konsolidasiya Odessanın Rusiyaya birləşdirilməsi üçün qüvvələri azad edəcək.
Ayxan

Loading...

Oxşar Xəbərlər