DÜNYA 20 XƏBƏR

Rusiya XİN-dən xəbərdarlıq: “Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərəcək“

Ermənistanla Avropa İttifaqı arasında vizasız rejimin tətbiqi gənclərin respublikadan axınına səbəb olacaq, həm də onun təhlükəsizliyinə mənfi təsir göstərəcək.
32gun.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi “Ermənistanın Dostları Şəbəkəsi”nin TASS- a verdiyi hesabatı belə şərh edib .

"Müəlliflər Aİ ilə vizasız rejimin tətbiqinə söz verməyə çalışırlar ki, bu da gənc və iqtisadi fəal əhalinin Avropaya əhəmiyyətli axınına səbəb olacaq və Ermənistanın iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsir göstərəcək", - deyə XİN-dən bildiriblər.

Nazirlik əlavə edib ki, bu tendensiya Gürcüstan, Moldova, Ukrayna, eləcə də artıq Aİ-yə daxil olmuş Baltikyanı və Şərqi Avropa ölkələrinin nümunələrində müşahidə olunur.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri əmindirlər ki, Aİ və NATO Ermənistan vətəndaşlarının real ehtiyacları ilə maraqlanmır.

Ayxan

Loading...

Oxşar Xəbərlər