MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

İş adamı ilə evli olan müğənni əri müflis olarsa, nə edəcəyini açıqlayıb

Rusiyalı Müğənni və teleaparıcı Olqa Orlova iflas vəziyyətində əri Valeriyə dəstək olacağını etiraf edib.

32gun.az bildirir ki, mhur bu baeədə "instagram" hesabında yazıb.

Orlova bildirir ki, əri ailənin bir hissəsidir və uğursuzluqlar, maddi itkilər zamanı ona dəstək olacaq.

O, vurğulayıb ki, indi əri bütün ailəni təmin edir. Sənətçinin dediyinə görə, Valeri heç vaxt onun hesabına yaşamırdı.

"Əgər nə vaxtsa çətinlik çəksə, mən həmişə ailəmiz üçün dəstək olacağam və hər şeyi edəcəm" deyə teleaparıcı bildirib.
Qeyd edək ki, Orlova Valeri adlı iş adamı ilə evlidir. Cütlük 2021-ci ilin dekabrında ailə qurub. 2023-cü ilin fevralında ifaçı qız övladı dünyaya gətirib. Mayın 13-də müğənni körpəni vəftiz edib. Aparıcının yaxın dostu və Dom-2-dəki həmkarı Kseniya Borodina xaç anası olublar. Orlovanın iş adamı Aleksandr Karmanovdan Artem adlı 22 yaşlı oğlu da var.

Nilay

 

Loading...

Oxşar Xəbərlər