MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Müğənni ərinə lüğət hədiyyə edibmiş - sözün səhv tələffüzünə görə

Müğənni Valeriya etiraf edib ki, bir vaxtlar əri, prodüser Cozef Priqojinə ad günü üçün orfoqrafiya lüğəti hədiyyə edib.

32gun.az bildirir ki, nüğənni bu barədə teleaparıcı Boris Korçevnikovla söhbətində açıqlama verib. 

Valeriya iki səbəbə görə belə bir orijinal hədiyyə verməyə qərar verib. Sənətçi həmin vaxt maddi sıxıntı yaşadığını etiraf edib. İkinci səbəb şoumenin “sahiblər” sözünü səhv tələffüz etməsi olub. Müğənni həmin vaxt yeni tanış olduqlarına aydınlıq gətirib.

"O an maliyyə vəziyyətim zəif idi, düşündüm ki, orijinal bir şey ortaya qoymalıyam. O, “sahiblər” sözlərini çox özünəməxsus tərzdə, vurğunu sözün sonunda qoyaraq tələffüz edirdi. Lüğət götürdüm, bu sözü tapdım, altından xətt çəkdim, əlfəcinə qoyub ona verdim. Ömründə bir daha bu sözü köhnə tərzdə tələffüz etməsin” deyə ifaçı bildirib.

Qeyd edilib ki, 2024-cü ildə sənətçi və prodüser çini toyunu - 20 illik evliliyini qeyd edəcək. Priqojin və Valeriya 5 iyun 2004-cü ildə Moskvadakı qeyd dəftərxanasının Kutuzovski şöbəsində evləniblər. 

Nilay

Loading...

Oxşar Xəbərlər