İDMAN 20 XƏBƏR

“Zenit” rusların ən sevimli klubudur - Borxes

" Krasnodar" klubunun  yarımmüdafiəçisi Kadi Borxes komandasının bu mövsüm çempionluq uğrunda “Zenit”lə rəqabət apara biləcəyini deyib.
32gun.az xəbər verir ki, onun açıqlamasını  “Bukmeker Rating” nəşri yayıb .

“Bəlkə də "Zenit", rusların ən sevimli klubudur. Məncə hamı belə düşünür.  Biz onlarla çempionluq uğrunda mübarizə apara bilərik və edəcəyik. Onların heyəti bizimkindən güclü deyil”, - deyə Borxes bildirib.

Qeys edək ki, Martın 31-də “Lokomotiv” və “Krasnodar” 1:1 hesabı ilə bərabərə qalıb. Görüşün lap əvvəlində Timur Süleymanov topu öz qapısına kəsib, oyunun sonunda isə Maksim Qluşenkov tarazlığı bərpa edib.

Rusiya Premyer Liqasının (RPL) 21-ci turundan sonra "Zenit" liderliyini davam etdirir. “Göy-ağ-göylər” bu turda “Krılya Sovetov”la 1:1 hesablı heç-heçə edib. Krasnodar ikinci yerdə qalıb. İlk üçlüyü “Rostov”a 1:4 hesabı ilə uduzan “Dinamo” tamamlayır.

Millinin oyunlarına fasilə zamanı “Krasnodar” məşqçisini dəyişib. Serbiyalı mütəxəssis Vladimir İviçi daha əvvəl komandaya rəhbərlik etmiş Murad Musayev əvəzləyib .

Loading...

Oxşar Xəbərlər