DÜNYA 20 XƏBƏR

NATO Ukraynaya dəstək fondunun yaradılmasını təklif edəcək

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya silah tədarükünü ödəmək üçün 100 milyard avroluq fond yaratmağı təklif etmək niyyətindədir.

32gun.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib .

Agentliyin məlumatına görə, təşəbbüs Şimali Atlantika Alyansının 32 üzvü tərəfindən təsdiqlənməlidir.

“NATO-nun baş katibi Yens Stoltenberq alyans liderlərinin iyulda Vaşinqtonda görüşəcəkləri zaman imzalayacaqları paketin bir hissəsi olaraq, beş il ərzində Ukrayna üçün 100 milyard dollarlıq müttəfiq töhfə fondu yaratmağı təklif edir  ”, - deyə  məlunatda qeyd edilib.

Qeyd olunur ki, alyans müttəfiqləri hələ də Stoltenberqin təklifini, həmçinin mühasibat mexanikasını, o cümlədən Ukraynaya ikitərəfli yardımın ümumi məbləğə daxil edilib-edilməməsini müzakirə edirlər.
Nilay

Loading...

Oxşar Xəbərlər