DÜNYA 20 XƏBƏR

Qazaxıstan PUA-nın Tatarıstandakı müəssisələrə hücumunda "əli olduğunu" inkar edir

Qazaxıstan Müdafiə Nazirliyi Tatarıstana hücum edən pilotsuz təyyarələrin Qazaxıstan ərazisindən buraxılması ilə bağlı xəbərləri təkzib edir.

32gun.az xəbər verir ki, bu barədə ölkənin Müdafiöə Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib.
"Tatarıstan Respublikasının obyektlərinə hücum etdiyi iddia edilən pilotsuz təyyarələrin Qazaxıstan ərazisindən buraxılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, bu cür bəyanatlar Qazaxıstan dövlətini gözdən salmaq məqsədi daşıyır.
Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi vətəndaşlardan və jurnalistlərdən yayılan şayiələrə reaksiya verməməyi və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyi xahiş edib.
Xatırladılır ki, Aprelin 2-də səhər Tatarıstan Yelabuqa və Nijnekamskdakı müəssisələrə İHA-nın hücumu barədə məlumat verdi . Alabuqa xüsusi iqtisadi zonasının məlumatına görə, iki pilotsuz təyyarə yataqxananı vurub. Nijnekamskda pilotsuz təyyarə Taneco neft emalı zavodunu hədəf alıb. Rəsmi məlumatlara görə, 13 nəfər yaralanıb .
Ayxan

Loading...

Oxşar Xəbərlər