DÜNYA 20 XƏBƏR

Yük maşınları minik avtomobili ilə toqquşub - Yanğın başlayıb

Voronej vilayətində ağır yük maşınlarının iştirakı ilə böyük qəza baş verib .

32gun.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib .

Hadisə Pavlovski rayonunda, M-4 Don avtomobil yolunun 689-cu kilometrliyində baş verib. Hadisə yerində iki yük maşını və bir minik avtomobili toqquşub, ağır yük maşınları yanıb.

Hadisə yerindən çəkilən görüntülərdə yük maşınının bir hissəsinin alov içində qaldığı görünür. Toqquşmadan sonra avtomobil əzilib. Qurbanların sayı barədə məlumat verilmir.

Hazırda hadisə yerində dövlət yol müfəttişləri işləyir . Ərazidə nəqliyyatın hərəkəti tamamilə bağlanıb.

Nilay

Loading...

Oxşar Xəbərlər