SOSIAL

Bəzi planlarınız pozula bilər - BÜRCLƏR

Astroloqlar 3 aprel 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

32gun.az "Unikal"a istinadən həmin proqnozlaı təqdim edir:

Qoç:
Bu gün işgüzar təşəbbüsləriniz və karyeranızla bağlı daha doğru bir dil seçməlisiniz. Problemləri və özünüzü tam ifadə edə bilməmək kimi problemlərlə qarşılaşa bilərsiniz. 

Buğa: 
Uzaq səfərlər və xariclə bağlı məsələlərdə planlarınız pozula bilər. Təhsillə bağlı qərarsızlıq yaşayacaqsınız.  

Əkizlər:
Bu gün maliyyə məsələlərində bəzi problemlər yarana bilər. Səhhətinizlə bağlı məsələlərə diqqət yetirməlisiniz.   

Xərçəng:
Ortaqlıq və birgə qazancla bağlı planlarınızda dəyişiklik yaşanacaq. Partnyorunuzla razılığa gəlmək çətin ola bilər, xüsusilə iş və ailə məsələləri ilə bağlı gərginlik yaşana bilər. 

Şir:
Gün ərzində işlədiyiniz insanlarla bağlı ədalətsizlik baş verə bilər. İşçilərinizin üsyankar davranışlarından narahat ola bilərsiniz. İşinizlə bağlı hüquqi məsələlər gündəminizi zəbt edəcək.

Qız:
Eşq həyatınızla bağlı sizi üzəcək məsələlər ön plana çıxa bilər. Günortadan sonra bütün enerjinizi işə sərf edə bilərsiniz.   

Tərəzi:
Ailə daxilində anlaşılmazlıqlara səbəb ola biləcək məsələlər yarana bilər. Evinizlə bağlı məsələlərdə tənzimləmələr ola bilər. Övladlarınız və eşq həyatınızla bağlı narahat olduğunuz problemlərlə üzləşməli ola bilərsiniz. Hisslərinizi tam şəkildə ifadə etmək istəyəcəksiniz. 

Əqrəb:
Bu gün ünsiyyət və nəqliyyat mövzularında bir çox problemlər yarana bilər. Ətrafınızdakı bəzi insanlarla ünsiyyətinizi kəsə bilərsiniz.  

Oxatan:
Gün ərzində maliyyə məsələlərində sizə meydan oxuyacaq problemlər yarana bilər. Siz gecikmiş və ya unudulmuş ödənişlərə nəzarət etməlisiniz. 

Oğlaq:
Bu gün emosiyalarınızı ifadə edərkən səhv anlaşıla bilərsiniz. İş həyatınızda etdiyiniz seçimlər mövzusunda diqqətli olmalısınız.

Dolça: 
Duyğularınızı içə atmaq və başqa insanlarla əlaqəni kəsmək istəyə bilərsiniz. Günün ikinci yarısında dostlarınız və sosial mühitlə bağlı problemlər məsələlər yarana bilər.  

Balıqlar:
Səhər saatlarında ictimai məsələlər və dostluqlarınızla bağlı anlaşılmazlıqlar yarana bilər. Günün ikinci yarısında xəstəxana və sağlamlıq məsələləri sizi maraqlandıracaq.

Loading...

Oxşar Xəbərlər