DÜNYA 20 XƏBƏR

Cənubi Koreya Ukraynaya yeni yardım paketi ayıracaq

Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Ço Tae Yul Seulun Kiyevə 2,3 milyard dollar ayıracağını bildirib.

32gun.az bildirir ki, bu barədə Yonhap Xəbər Agentliyi məlumat yayıb .

Nəşr vurğulayır ki, Seul Kiyevə 2024-cü ildən göndərilməsi planlaşdırılan orta və uzunmüddətli yardım paketi təqdim etməyi planlaşdırır. O, həmçinin Ukraynaya Şimali Atlantika Yardımı Etimad Fondu vasitəsilə yaralı ukraynalı əsgərlərin reabilitasiyası üçün 12 milyon dollar təklif edəcək .

Nazir həmçinin ölkənin Kiyevə öldürücü silahlar verməkdən imtina etdiyini təsdiqləyib.

Fevralın 14-də Cənubi Koreya Ukraynanın İdarələrarası Donor Koordinasiya Platformasına qoşulub .

Nilay

Loading...

Oxşar Xəbərlər