DÜNYA 20 XƏBƏR

Məktəbli qız polisə məlumat verdi - Sinif yoldaşı müəllimi tərəfindən təcavüzə məruz qalıb

Fransada məktəbli qız polisə bildirib ki , sinif yoldaşlarından biri müəllim tərəfindən cinsi təcavüzə məruz qalıb.

32gun.az xarixi KİVə istimadən bildirir ki, Qard departamentinin La Grand-Combe şəhərindəki məktəbdə oxuyan 14 yaşlı qız təhsil ocağının rəhbərliyi ilə əlaqə saxlayıb.

O, 44 yaşlı müəllimin rəfiqəsinə sataşdığını bildirib. Məktəbli qızın bildirdiyinə görə, onların bir neçə həftə davam edən münasibəti olub. Bu məlumat polisə ötürülüb, müəllim saxlanılıb.

Həmin şəxs əslində tələbə ilə qarşılıqlı razılıq əsasında münasibət qurduğunu bildirib. Lakin müəllim aralarındakı qarşılıqlı əlaqənin seksual xarakter daşıdığını inkar edir. Bəzi məlumatlara görə, müəllim yeniyetmə qızı öpmək istəyib, həm də onun ombasını sığallayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları böyük və uşaq arasında yazışmaları yoxlayıb və mesajlar aşkar ediblər.

Şübhəli “azyaşlılara qarşı əxlaqsızlıq və 15 yaşına çatmamış yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq” ittihamı ilə hazırda həbs edilib. Onu 10 ilə qədər həbs gözləyir.

Nilay

Loading...

Oxşar Xəbərlər