DÜNYA 20 XƏBƏR

Slutski deyib ki, Paşinyan Ermənistanı Ukrayna yolu ilə aparır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini Ukrayna yolu ilə aparır.

32gun.az bildirir ki, bu fikri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və LDPR lideri Leonid Slutski  Telegram kanalında paylaşıb.

"Paşinyan İrəvanı Ukrayna yolu ilə aparır . Ermənistan- ABŞ -Aİ formatı inkişaf etdikcə bu, getdikcə daha aydın görünür ”, - deyə Slutski bildirib.

Onun sözlərinə görə, Kiyevin uğursuzluqları fonunda qərblilərin fikirləri əvvəlcə Moldovaya, sonra isə  Ermənistana düşməyə başlayıb .

LDPR lideri qeyd edib ki, Avroatlantik “şahinlər”in köməyi ermənilərin milli maraqları və Cənubi Qafqazda sabitliyin pozulması perspektivi hesabına Rusiyanı zəiflətmək cəhdində növbəti addımdır.

Ayxan

Loading...

Oxşar Xəbərlər