SOSIAL

“Ayın ən təmiz otağı”na ayaqqabı ilə girdilər - Tənqid olundular - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sosial şəbəkə hesabında paylaşılan post müzakirələrə səbəb olub.

32gun.az qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin feysbuk səhifəsində paylaşılan post ADAU-nun tələbə evlərində “Ayın ən təmiz otağı” layihəsinə həsr olunub.

Belə ki, “Ayın ən təmiz otağı”na ADAU THİK-in təyin etdiyi komissiya üzvlərinin ayaqqabı ilə daxil olması istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Əksəriyyət otaqlara ayaqqabı ilə daxil olmağın düzgün olmadığını, bəziləri isə baxıl geyinilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, universitetin 2 saylı Tələbə evində keçirilən ilk yoxlamalar zamanı aprel ayının qalibləri 215 nömrəli otağın sakinləri - I kurs tələbələri Canpolad Əliyev və Tacir İsbatov seçilərək, pul mükafatına layiq görülüblər.


Loading...

Oxşar Xəbərlər