DÜNYA 20 XƏBƏR

Rosatom Finlandiyaya qarşı 3 milyard avro iddia qaldırıb

Rusiyanın dövlət korporasiyası “Rosatom” beynəlxalq arbitrajda Finlandiyaya qarşı üç milyard avro iddia qaldırıb.

32gun.az bildirir ki, bu barədə məlumat “Atomenergoprom” şirkətinin 2023-cü il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarında dərc olunub.

Mövcud məlumata görə, cərimə tələbi Finlandiya tərəfinin Hanhikivi-1 atom elektrik stansiyasının tikintisindən imtina etməsi ilə bağlıdır. 2022-ci ildə Rosatom müqavilənin ləğvi ilə əlaqədar oxşar məbləğ üçün altı iddia qaldırdı. Həmçinin ötən ilin aprelində Rosatom müqaviləni birtərəfli qaydada ləğv edən Fennovoima layihə şirkətindən 920,5 milyon avro məbləğində krediti vaxtından əvvəl ödəməyi tələb edib.

Loading...

Oxşar Xəbərlər