SOSIAL 20 XƏBƏR

AYNA ilə keçmiş işçisi arasında QALMAQAL - İş məhkəməlik oldu

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məhkəməyə verilib. 
32Gun.az xəbər verir ki, iddiaçı Ağayev Şahin Hacı oğludur. 
O, AYNA-nın keçmiş işçisidir. Şahin Ağayevin iddia tələbi işə bərpa ilə bağlıdır.
Birinci instansiya məhkəməyə onun iddiasını təmin edib. 
Bundan sonra AYNA Şahin Ağayevə qarşı apellyasiya şikayəti verib. Məhkəmə işinə Bakı Apellyasiya Məhkəməsində hakim Cavanşir Yusifovun sədrliyi ilə baxılacaq. 
Əldə etdiyimiz digər məlumata görə, Qəhrəmanov Vidadi Yaşa oğlu ilə Yusifov Elman yusif oğlu da AYNA-nı məhkəməyə verib və qalib tərəf olub. 
AYNA adıkeçən o iki nəfərə qarşı da apellyasiya şikayəti verib.

Ayxan 

Loading...

Oxşar Xəbərlər