İDMAN

Baş məşqçi istefa VERDİ

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu Türkiyə 1-ci Liqa təmsilçisi “Tuzlaspor” baş məşqçisiz qalıb.

"32gun.az" xəbər verir ki, klubun çalışdırıcısı Bekir İrtegün tutduğu postdan istefa verib.

Son 2 oyunda uduzmayan İstanbul təmsilçisi hesabat turunda səfərdə “Giresunspor”u 3:0 hesabı ilə məğlub edib. Onlar 30-cu turda “Göztəpə”ni qəbul edəcək.

Qeyd edək ki, “Tuzlaspor” 29 turdan sonra turnir cədvəlində 31 xalla 15-cidir.

 

Loading...

Oxşar Xəbərlər