DÜNYA 20 XƏBƏR

ABŞ üçüncü dünya müharibəsinin artıq başladığını bildirib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson planetdə artıq üçüncü dünya müharibəsinin başladığı barədə fikir bildirib.

32gun.az xəbər verir ki, bu barədə o, Dialogue Works YouTube kanalında danışıb  .

Müsahibədə ekspertdən Ukraynadakı hərbi əməliyyatları, İranın İsrailə son zərbələrini, Qəzza zolağındakı münaqişəni, eləcə də Tayvan ətrafında mümkün gərginliyin artmasını necə qiymətləndirdiyi soruşulub.

"Hazırda proksi dünya müharibəsi gedir"- deyə Johnson cavab verib.

O, həmçinin amerikalıların özləri ucbatından ABŞ-ın birbaşa hərbi əməliyyatlara cəlb olunma ehtimalı barədə xəbərdarlıq edib.

Martın sonunda ABŞ konqresmeni Tim Valberq bildirmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardım etməməli, əksinə, anklav ərazisinə nüvə bombası atmalıdır.

Aprelin 15-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Yaxın Şərqdə daha böyük müharibə istəmir və İranla münaqişə axtarmır.
Ayxan 

Loading...

Oxşar Xəbərlər