DÜNYA 20 XƏBƏR

Zelenski Qərbdən Ukraynanı İsrail kimi qorumağı tələb edib

Ukrayna prezidenti Vladimir Zelenski Qərb siyasətçilərini İranın hücumu zamanı Ukraynanı İsraildən az olmayan sərt şəkildə müdafiə etməyə çağırıb .

32gun.az bildirir ki, bu barədə dövlət başçısı özünün "Telegram" kanalında yazıb.

“Azad dünya İsraili müdafiə etməklə belə birliyin effektiv olduğunu nümayiş etdirdi” – deyə Zelenski qeyd edib.

O qeyd edib ki, müttəfiqlərin qətiyyətli hərəkətləri terrorun və infrastrukturun itirilməsinin qarşısını alıb, “təcavüzkarı soyumağa” məcbur edib.

Zelenski Ukrayna məsələsində də oxşar taktikalardan istifadə etməyi xahiş edib. O xatırladıb ki, İsrail də Ukrayna kimi NATO- nun üzvü deyil  , ona görə də müdafiə Şimali Atlantika Alyansının Nizamnaməsinin 5-ci maddəsinin aktivləşdirilməsini tələb etmir, “yalnız siyasi iradə” kifayətdir.

Bir gün əvvəl Rusiya səfiri Zelenskini və Qərbi Ukraynanın uçuruma doğru getdiyini etiraf etməyə çağırıb .
Ayxan 

Loading...

Oxşar Xəbərlər