DÜNYA 20 XƏBƏR

Kişi plastik bıçaqa görə uşağı döyüb

Moskva vilayətində kişi uşaq meydançasına gətirdiyi plastik bıçaq ucbatından uşağı döyüb.

32gun.az bildirir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb .

İdarənin ilkin məlumatına görə, hadisə Moskva yaxınlığındakı Domodedovoda baş verib. Vostryakovo mikrorayonunda, uşaq meydançasında bir kişi 13 yaşlı uşağa yaxınlaşaraq ona hücum edərək, uşağın başından və bədənindən vurub. Təcavüzkar daha sonra azyaşlının pencəyinin cibini cırıb, orada oyuncaq plastik bıçaq olub və onu atıb.

Hücuma məruz qalan uşaq valideynlərinə hadisə barədə danışıb, onlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

“Domodedovo Şəhər Prokurorluğu hadisənin bütün hallarının müəyyən edilməsinə, habelə bu faktla bağlı aparılan prosessual istintaqın gedişinə və nəticələrinə nəzarət edir”, - Moskva vilayəti prokurorluğu bildirib.
Ayxan 

Loading...

Oxşar Xəbərlər