DÜNYA 20 XƏBƏR

Xidməti iti sığallayan adamda narkotik aşkarlanıb

Fransa sakini üzərində narkotik tapmış polis itini sığallayıb.

32gun.az Xarici KİV-ə istinadən bildirir ki, ölkənin şimalındakı Amiens şəhərinin mərkəzində polisin xidməti heyvanların iştirakı ilə əməliyyatı keçirilib. Yoldan keçənlərdən biri alman çobanını görüb və yəqin ki, üzərində narkotik olduğunu unudub onu sığallamaq qərarına gəlib. Başqa bir versiyaya görə, kişi itin narkotik cinayətlərinə qarşı mübarizə şöbəsində xidmət etdiyini güman etməyib.

Nəticədə, it sahiblərinə yaxınlaşan şəxsin üzərində qadağan olunmuş bir şey olduğunu bildirdi. Həmin şəxsin üzərində axtarış aparılıb və üzərindən narkotik aşkar edilib. Cəza olaraq o, 150 avro cərimə olunub.
Ayxan 

Loading...

Oxşar Xəbərlər