DÜNYA 20 XƏBƏR

77 yaşlı nənə görün nə edib - Həbsdə olan nəvəsinə…

Təqaüdçü qadın istintaq təcridxanasında nəvəsinə içərisində qadağan olunmuş əşyalar olan bağlamanı çatdırmaq cəhdinə görə inzibati məsuliyyətə cəlb edilib.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə Komi Respublikası məhkəmələrinin mətbuat xidməti məlumat yayıb .

77 yaşlı qadın həbsdə olan nəvəsinə Rusiya poçtu vasitəsilə bağlama göndərib. Qutuya təqaüdçü istintaq təcridxanasında saxlanması və istifadəsi qadağan olunmuş əşyaları - SİM kart və USB modem qoyub. İstintaq təcridxanasında bağlamaya baxış zamanı həmin əşyalar aşkar edilərək götürülüb.

Göndərən məhkəməyə göndərilib. İclasda yaşlı qadın təqsirini boynuna almayaraq, bağlamaya daxil olan çantanı düzgün yoxlamadığını bildirib. Buna baxmayaraq, təqaüdçünün təqsiri təqdim olunan materiallar və sübutlarla təsdiqlənib və hakim onun arqumentlərini rədd edib. Cəza olaraq qadına 12,5 min rubl cərimə kəsilib.

Ayxan

Loading...

Oxşar Xəbərlər