DÜNYA 20 XƏBƏR

İsrail 4 İran raketinin ölkə ərazisinə düşdüyünü açıqlayıb

İranın hücumu zamanı İranın 4 ballistik raketi İsrail ərazisinə düşüb.

32gun.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib .

Eyni zamanda Qalant qeyd edib ki, İran raket hücumunda uğursuzluğa düçar olub və İsrailin qarşısını ala bilməyib.

"İranlılar 500-dən çox silahla bizə aqressiv şəkildə hücum etdilər, lakin bir dənə də olsun İHA və ya qanadlı raket İsrailə çatmadı və atılan 100 ballistik raketdən dördü İsrailə düşdü" deyən Qalant bunun beynəlxalq təşkilatlarla aparılan tərəfdaşlıq hazırlıqların nəticəsi olduğunu qeyd edin.

Aprelin 1-də Suriyanın Dəməşq şəhərində İran konsulluğuna hücumdan sonra aprelin 14-nə keçən gecə İran İsrailə hücum edib . Beş saatlıq bombardman zamanı İslam Respublikası İsrailə doğru 185 pilotsuz uçan aparat, 30 qanadlı raket və 120 ballistik raket atıb, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib .

Bundan sonra Ağ Ev İsrailə hücum fonunda İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırıb .

Loading...

Oxşar Xəbərlər