DÜNYA 20 XƏBƏR

Merin istefa verən müavini başqa işə keçir

Moskva meri Sergey Sobyanin şəhərsalma siyasəti və tikinti üzrə müavini Andrey Boçkarevin istefasını şərh edib.

32gun.az bildirir ki, bu barədə o, Telegram kanalında məlumat verib .

Sobyaninin sözlərinə görə, Boçkarev başqa işə keçir. Moskva meri əlavə edib ki, onun müavini 13 ildir paytaxtda tikinti məsələləri ilə məşğul olub və onun rəhbərliyi ilə metro stansiyaları, yollar, məktəblər və digər sosial əhəmiyyətli qurumlar tikilib.

“Andrey Yurieviç şəhərin inkişafına böyük töhfə verdi. Ona yeni yerində uğurlar arzulayıram”, - deyə Sobyanin deyib. 

Aprelin 17-də Moskva hökumətində kadr dəyişiklikləri baş verib  - müvafiq sənədləri Moskva meri imzalayıb .

Çərşənbə günü günortadan sonra məlum olub ki, Moskva merinin müavini Andrey Boçkarev öz xahişi ilə tutduğu vəzifədən azad edilib .

Boçkarev 2020-ci ilin dekabrında Moskva hökumətində şəhərsalma siyasəti və tikinti üzrə merinin müavini təyin edilib. Bundan əvvəl o, Əsaslı Tikinti İdarəsinə rəhbərlik edib.
Ayxan 

Loading...

Oxşar Xəbərlər