DÜNYA 20 XƏBƏR

Kaluqa vilayətində pilotsuz təyyarə qəzaya uğrayıb Şapşa

Kaluqa vilayətinin Kirovski rayonunda təyyarə tipli pilotsuz uçuş aparatının fraqmentləri aşkar edilib.

32gun.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa özünün Telegram kanalında məlumat verib .

Onun sözlərinə görə, hazırda pilotsuz uçan aparatın aşkar olunduğu yerdə operativ qrup işləyir.

Bir gün əvvəl Kaluqa vilayətində partlayıcı ilə doldurulmuş pilotsuz hava şarının tapıldığı bildirilmişdi.

Həmin gün  Kaluqa vilayətinin Spas-Demenski rayonunda hava hücumundan müdafiə sistemləri pilotsuz uçan aparatı zərərsizləşdirib . Zərər yoxdur.

Martın 17-nə keçən gecə Şapşa bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Kaluqa vilayətinin Kirovski rayonunda Ukrayna Silahlı Qüvvələrinin üç təyyarə tipli pilotsuz təyyarəsini məhv edib . O zaman da heç kim zərər görmədi. İnfrastruktur ziyanı qeydə alınmayıb.
Ayxan 

Loading...

Oxşar Xəbərlər