DÜNYA 20 XƏBƏR

“Mən rumıniyalıyam və rumın dilində danışıram" - Moldovanın baş naziri

Moldovanın baş naziri Dorin Recean bildirib ki, əhalinin siyahıya alınması zamanı o, rumın olduğunu göstərəcək.

32gun.az bildirir ki, baş nazir Moldova TV-də deyib.
"Mən hamıya deyirəm ki, mən rumıniyalıyam və rumın dilində danışıram", - deyə o bildirib. 

Moldovada əhalinin və mənzillərin siyahıyaalınması aprelin 8-dən iyulun 7-dək keçirilir. Sorğu zamanı hər bir ölkə vətəndaşından etnik mənsubiyyəti, cinsi və dini, eləcə də mənzil-məişət şəraiti ilə bağlı bir neçə suala cavab verməsi xahiş olunur.
Xatırladaq ki, 2022-ci ilin yazında Moldova Prezidenti Maia Sandu bəyan etdi ki, Rumıniya ilə birləşmə ancaq xalqın belə bir istəyi olduqda baş verə bilər . Həmin ilin sonunda İnkişaf və Sosial Təşəbbüslər İnstitutu sorğu keçirib ki, Moldovalıların 53,7%-i Rumıniya ilə birləşmənin əleyhinədir, respondentlərin 32,8%-i isə lehinədir.

2023-cü ildə Sandu etiraf etdi ki, Rumıniya ilə birləşməyə dəstək var, lakin bu, kifayət deyil.

Rumıniya hakimiyyəti həmçinin qeyd edib ki, Moldova ilə birləşmək üçün onun vətəndaşlarının istəyi lazımdır.
Ayxan 

Loading...

Oxşar Xəbərlər