MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Müğənni özünü pis hiss edib

Müğənni Lyubov Uspenskaya ürək ağrılarından şikayət edərək həkimlərə müraciət edib.

32gun.az bildirir ki, bu barədə "Telegram 112" kanalı məlumat yayıb .

“Sənətçi ürək nahiyəsində ağrılardan şikayətlənir. İndi ona lazımi yardım göstərilir”, - deyə məlumatda bildirilib.

Telekanalın məlumatına görə, hazırda müğənninin xəstəxanaya yerləşdirilməsi məsələsi həll edilir.

Xatırladaq ki, bu il şanson ifaçısı Rusiya vətəndaşlığını alıb.
Bundan əlavə, Uspenskaya "Mənim gücüm mənimlədir" adlı yeni albom buraxacağını söyləyib. Uspenskayanın mətbuat xidməti albomun yazda işıq üzü görəcəyini vurğulayıb. Sənətçinin özü qeyd edib ki, albomda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şeirləri əsasında kompozisiya yer alacaq .
Ayxan 

Loading...

Oxşar Xəbərlər