DÜNYA 20 XƏBƏR

Macarıstan Ukraynadakı vəziyyəti həll etmək üçün Çinin sülh planını dəstəkləyib

Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib ki, Macarıstan Ukraynadakı münaqişənin həlli üçün Çinin sülh planını dəstəkləyir.

32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb. 
XİN rəhbərinin sözlərinə görə, Ukraynada sülhə nail olmaq üçün bütün addımları dəstəkləmək lazımdır.

Szijjarto Pekində Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra sosial şəbəkələrdə videomüraciətində deyib:  "Biz Çinin sülh planını sadəcə mövcud olduğu üçün dəstəkləyirik".

Nazir qeyd edib ki, Macarıstan və Çin "dünyanın siyasi bloklara bölünməməsi üçün" Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması məsələsini beynəlxalq təşkilatların gündəliyinə qoyacaqlar.

Bununla belə, hələlik müharibənin davam etdirilməsinə tərəfdar olanların səsi sülhə çağıranlardan daha yüksəkdir, deyə Szijarto gileylənib.

Bundan əvvəl Çin prezidenti Si Cinpin Ukraynadakı münaqişənin həlli üçün dörd prinsip səsləndirib . Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov daha sonra bildirib ki, Rusiya Çin tərəfinin elan etdiyi təşəbbüsə müsbət yanaşır.
Ayxan 

Loading...

Oxşar Xəbərlər