DÜNYA 20 XƏBƏR

Şoyqu İvanovu müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırıb

Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu öz əmri ilə Timur İvanovu nazir müavini vəzifəsindən kənarlaşdırıb.

32gun.az bildirir ki, bu barədə TASS hərbi idarədəki mənbəyə istinadən məlumat yayıb.

"Baza Telegram" kanalı isə istintaq orqanlarındakı mənbəyə istinadən yazıb ki, Timur İvanov, bəzi mənbələrə görə, tikinti şirkətlərindən Müdafiə Nazirliyindən müqavilələr almaq üçün “kosmik miqdarda rüşvət” alıb.

Xatırladaq ki, ötən gecə İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb . Daha sonra Moskvanın Basmannı rayon məhkəməsi onu iyunun 23-dək həbs edib . Məlumdur ki, İvanov müdafiə idarəsi obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edib.
Ayxan 

Loading...

Oxşar Xəbərlər