DÜNYA 20 XƏBƏR

Həbsdə olan müdafiə nazirinin müavini malikanədə yaşayırdı

Rusiya Müdafiə Nazirliyinin həbsdə olan rəis müavini Timur İvanov Rublyovkadakı malikanədə yaşayırdı.

32gun.az bildirir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb .

Mesajda kotecin dəyərinin 1 milyard rubl olduğu dəqiqləşdirilib. Sahəsi təxminən 1 min kvadratmetrdir. Kadastrdakı evin sahibi Rusiya Federasiyasıdır.

“Malikanə Rublevo-Uspenskoye şossesində yerləşən “Razdorı-2” elit klub kəndində yerləşir”, - deyə nəşr qeyd edib.

İvanovun yaşadığı kottec üç mərtəbəlidir. Dörd nəhəng yataq otağı, beş vanna otağı, üç qonaq otağı, kamin, kinoteatr, manqal sahəsi olan terras və oturma sahəsi olan açıq veranda var. Sahəsi 34 sot olan həmin torpaq sahəsində 445 kvadratmetr sahəsi olan qonaq evi də var.
Ayxan 

Loading...

Oxşar Xəbərlər