DÜNYA 20 XƏBƏR

Miqrantları qondarma işlə təmin edən mütəşəkkil cinayətkar qrup yaxalanıb

Çelyabinskdə FSB miqrantların qondarma işlə məşğulluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrupunu (MQ) yaxalayıb .

32gun.az Rusiya KİV-nə istinadən bildirir  ki, bu barədə FSB-nin regional idarəsinə məlumat yayıb. 

Məlumata  görə, hüquq-mühafizə orqanlarının əməkdaşları əcnəbilərə qondarma əmək müqavilələrini pul müqabilində satan, onları nominal şəxs və təşkilatlarla bağlayan mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayıb.
Sonra onlar miqrantların Çelyabinskdə qalma müddətinin uzadılmasına əsas olan bu barədə vilayət Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Daxili İşlər İdarəsinə məlumat veriblər.

Faktla bağlı bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiyanın təşkili maddəsi ilə cinayət işi başlanıb. Günahkar olanları 500 min rubla qədər cərimə ilə yeddi ilə qədər həbs gözləyir.
Ayxan 

Loading...

Oxşar Xəbərlər