DÜNYA 20 XƏBƏR

Qorxunc CİNAYƏT: Ana 2 yaşlı qızını vannada boğaraq öldürdü

Bir gün əvvəl, aprelin 24-də Krasnodar vilayət məhkəməsi iki yaşlı qızını qəsdən öldürməkdə ittiham olunan 36 yaşlı yerli sakinə hökm oxuyub.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, məhkəmədə qadın bunları deyib: 

Onu bu dəhşətli cinayətə uşağın atası ilə uzunmüddətli düşmən münasibəti sövq etdiyini, ayrı yaşaması, müttəhimin dediyinə görə qızı ilə maraqlanmaması, maddi vəziyyətinin ağır olması, işinin olmaması və kirayədə qalması səbəb olub.

Məhkəmə müəyyən edib ki, ötən il sentyabrın əvvəlində Tepliçnaya küçəsində yerləşən hündürmərtəbəli binanın sakini azyaşlı qızını öldürmək qərarına gəlib. O, əvvəlcə qızı yastıqla boğub, huşunu itirəndən sonra uşağı su banyosunda boğaraq planını tamamlayıb. Qətldən sonra ana özü hadisə barədə təcili yardım xidmətinə məlumat verib.
Təqsirləndirilən şəxs son ifadəsində məhkəmədən ona ən ağır cəzanın verilməsini istəyib. Krasnodar diyarı Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti xəbər verir ki, uşaq qatili ümumi rejimli koloniyada 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ayxan 

Loading...

Oxşar Xəbərlər