SİYASƏT

Bakı və İrəvan arasında yeni razılıq: Tarixi tezliklə açıqlanacaq

Qazaxıstanın təklif etdiyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək. 

32gun.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

“Ermənistan həqiqətən Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında qarşılıqlı tanınma prosesini dəstəkləyir”, - deyə o qeyd edib.

Yada salaq, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bəyan etmişdi ki, Bakı Qazaxıstanda görüşə razıdır.

 

Loading...

Oxşar Xəbərlər