İDMAN 20 XƏBƏR

Rusiya millisi Avro-2028-in seçmə mərhələsində çıxış edə bilər

Rusiya millisi Avro-2028-in seçmə mərhələsində çıxış edə bilər.

32gun.az bildirir ki, bunu Rusiya Futbol İttifaqının ( RFU ) fəxri prezidenti Vyaçeslav Koloskov bildirib. 

“Avro-2028-in seçmə turnirinə qayıtmağı planlaşdırmağı təklif edərdim. Əks halda, prosesi çox gecikdirmiş oluruq. Amma biz çox gözəl başa düşürük ki, ilk növbədə, hər şey SVO-dan asılıdır”, - deyə Koloskov bildirib.

2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Rusiya millisi sonuncu dəfə 2021-ci ilin payızında Xorvatiya millisinə səfərdə 0:1 hesabı ilə uduzaraq rəsmi oyuna çıxıb.

Beynəlxalq rəsmi oyun keçirən sonuncu Rusiya klubu Sankt-Peterburqun "Zenit"i olub. 24 fevral 2022-ci il tarixində “mavi-ağ-göylər” Avropa Liqasında “Betis”lə heç-heçə oynadılar (0:0).
Ayxan 

Loading...

Oxşar Xəbərlər