İDMAN

Nazirin Pekin Olimpiadası səfəri bu gün başa çatır - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbovun Çin Xalq Respublikasına üç günlük səfəri bu gün başa çatır. Səfər müddətində Fərid Qayıbov Pekin Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışları izləyib. Oyunlarda ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.

32gun.az xəbər verir ki, nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Fərid Qayıbov bir sıra beynəlxalq görüşlər də keçirib. O cümlədən, bu gün Çin Xalq Respublikası idman nazirinin müavini, Çinin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunqçuanla görüşüb. İki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri və Qış Olimpiya Oyunlarının təşkili müzakirə olunub. Görüşdə Pekin-2022-də Olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov da iştirak edib.

Fevralın 15-də mübarizəyə başlayan fiqurlu konkisürənimiz Yekaterina Ryabovanın Olimpiya Oyunlarındakı çıxışını izləyən nazir Fərid Qayıbovun Pekinə səfəri bu gün başa çatacaq.

Loading...

Oxşar Xəbərlər