SOSIAL

Əhalinin günlərdir gözlədiyi xəbər AÇIQLANDI - Bu gündən

Bu gün Bakıda və ölkənin digər bölgələrində istiliyin verilməsinə başlanılır.

32gun.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.

Xatırladaq ki, dağlıq və dağətəyi rayonlarda istilik mövsümü noyabrın 1-də başlayıb.

Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.

Loading...

Oxşar Xəbərlər