SOSIAL

Bakının bu hissəsidə "xruşovka"lar sökülür

Bakının Yasamal rayonunda "xruşovka"ların mərhələli şəkildə söküntüsünə başlanılıb. 

32gun.az Trend-ə istinadən bildirir ki, hazırda A.M.Şərifzadə və İ. Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü iş aparılır.

Yasamal İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

"Layihə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini "SmartDom" MMC şirkəti aparır. Pilot layihə deyil", - deyə o əlavə edib.

Loading...

Oxşar Xəbərlər