SOSIAL

SON DƏQİQƏ! Operativ qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 638 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 869 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 60 nəfərdir.

Ölkədə son sutka ərzində 1 890, hazırkı dövrədək isə 6 838 458 test aparılıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada 8 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci və ikinci doza vaksin vurduran olmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 7-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 olub.

Loading...

Oxşar Xəbərlər