MƏDƏNİYYƏT - ŞOU

Məşhur aktyora çoban itləri hücum etdi - Baldırı zədələndi (VİDEO)

Türkiyənin məşhur aktyoru Reha Özcan çoban itlərinin hücumuna məruz qalıb 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  "Bİr Garip Orhan Veli" tamaşasının qastrolu üçün getdiyi Burdurda baş verib.

Bu barədə aktyorun özü sosial şəbəkədə məlumat verib:

"Tamaşa üçün Burdur qastroluna getdik. Burdurda itlərdən qaçarkən hücuma məruz qaldım. Günah bizdədir, itlərin bununla heç bir günahı yoxdur. Qoyun sürüsünün qabağından keçməyə çalışdıq. Oradakı çoban itləri sürünü qorumaq üçün bizə hücum etdilər. Biz də qaçdıq, qaçarkən sol ayağımın baldır nahiyyəsinin altı hissəsi zədələndi. Orada travma aldığım üçün yeriyə bilmirəm. Yeriyə bilmədiyim üçün tamaşada səhnədə oturaraq rolumu oynamalı oldum. Hələ də ağrılarım var". 

Reha Özcan hazırda "Üç Kız Kardeş" serialında baş rollardan birini canlandırır.

Nilay

 

Oyuncu Reha Özcan, çoban köpeklerinin saldırısına uğradı

Loading...

Oxşar Xəbərlər