HADİSƏ

Azərbaycanda DƏHŞƏT: gəmi aşdı, 11 nəfər batdı - YENİLƏNİB

Fövqaladə Hallar Nazirliyi Kür çayında baş verən hadisəyə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən 32gun.az-a veirlən məlumata görə, dünən axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq hər hansı rəsmi qeydiyyata alınmayıb:

"Qayıq kustar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ salamat qurtularaq sahilə çıxarılıb".

*** 09:56

Dünən Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. 

Məlumata görə Mingəçevir şəhərində Elşən adlı şəxsə məxsus olan, kustar üsulla hazırlanan gəmi aşıb. Nəticədə 11 nəfər batıb, yaralananlar var. 

İddia olunur ki, yaralılar arasında vəziyyəti ağır olan var. Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Mingəçevir Şəhər Bələdiyyəsi Kür çayı hövzəsini bütünlüklə Elşən adlı şəxsə verib. Nə FHN-dən, nə də Su polisindən qanunauyğun icazəsi, minimal tələbləri olmayan gəmilərin hamısı bu şəxsə məxsusdur. Hadisə ilə bağlı rəsmi açıqlamanın verilməməsi də müəmma doğurur. 

Ümumilikdə təhlükəsizlik tələbləri olmayan, kustar üsulla hazırlanan gəmilərdə insanların daşınmasına kim və hansı formada icazə verib? //7news.az

Loading...

Oxşar Xəbərlər