HADİSƏ

Bakıda əcnəbinin külli miqdarda pulu OĞURLANDI

Azərbaycanda xarici vətəndaşın pulu oğurlanıb. 

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6 min dollar oğurlanması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər