HADİSƏ

Azərbaycanda polis faciəvi şəkildə ÖLDÜ

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Loading...

Oxşar Xəbərlər