SOSIAL

Operativ Qərargah məlumat yaydı - 12 nəfər...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 316 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 6 957 854 test aparılıb.

Operativ Qərargahın yaydığı digər məlumata görə, Azərbaycanda son sutkada 24 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 2, ikinci doza vaksinləri sayı 3-dür.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 1 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 762 115, birinci doza peyvəndlərin ümumi sayı 5 353 538, ikinci doza vaksinlərin sayı 4 853 218 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 306 446, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 913 olub.

Loading...

Oxşar Xəbərlər