DİGƏR

"WhatsApp"dan daha bir YENİLİK

"WhatsApp"a daha bir yeni funksiya əlavə edilir.

32gun.az-ın məlumatına görə, "WhatsApp"da səsli status paylaşmaq mümkün olacaq.

Lakin yeni funksiyanın nə vaxt istifadəçilərə təqdim olunacağı bilinmir. Səsli statusların gizlilik bölməsində icazə verilən şəxslərə açıq olacağı qeyd olunub.

Əlavə edək ki, "WhatsApp"ın 2.22.16.3 nömrəli Android versiyasında yoxlanılan funksiyanın İOS-a gəlməsinə dair məlumat yoxdur.

Səsli status paylaşmaq üçün status bölməsinin alt hissəsindəki mikrofon işarəsinə kliklənməlidir. Səsli mesajı qeydə aldıqdan sonra isə onu yayımlaya bilərik. //bakupost

Loading...

Oxşar Xəbərlər