VİDEO

KTMT-nin nümayəndə heyəti Ermənistanda (VİDEO)

KTMT-nin Birgə Qərargahının əməliyyat qrupu sentyabrın 15-də axşam saatlarında İrəvana gəlib və artıq işə başlayıb.
 

32gun.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, missiyanın tərkibinə təşkilata üzv olan bütün dövlətlərdən nümayəndələr daxildir. 

Yayılan görüntülərdən missiyanın artıq Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüş keçirdiyini görmək mümkündür.

Qeyd edək ki, KTMT missiyasının Ermənistana göndərilməsi barədə təklifi Rusiya Prezidenti Vladimir Putin irəli sürüb. Missiya sərhəddə vəziyyətin qiymətləndirilməsi ilə məşğul olacaq.
 
 Bundan sonra qərarı KTMT-yə üzv ölkələrin başçıları verəcək. //qaynarinfo


Loading...

Oxşar Xəbərlər