SOSIAL VİDEO 20 XƏBƏR

"Mən heç "kreslo"da oturanda özümü məmur kimi hiss etmirəm" - Millət vəkili (VİDEO)

Millət vəkili və tədqiqatçı alim, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu 32gun.az-a müsahibə verib.

O bu dəfə siyasətdə ədəbiyyat metaforasından danışıb. 

Həmin müsahibəni təqdim edirik:

"Mən heç məmur "kreslo"da özümü məmur kimi hiss etmirəm"- Hikmət Babaoğlu

- Ədəbiyyat adamının siyasətdə olması...

- Maraqlı hadisədir. Əslində ədəbiyyat milli kimliyi, həm də siyasi kimliyi təyin edən bir vasitədir. Ona görə də , ədəbiyyat siyasətdə varsa buna təəccüblənmək lazım deyil. Əgər siyasətdə ədəbiyyat olmasa idi bu zaman siyasət yarımçıq olardı. Doğrudur, biz ədəbiyyatı daha çox mənəviyyat hadisəsi hesab edirik. Hətta bəzən siyasəti mənəvi kateqoriyaya aid etmirlər.

Amma mən düşünürəm ki, bu yanlışdır.Çünki siyasət nəticə etibarı ilə siyasi təfəkkür hadisəsidir. Siyasi təfəkkür də milli təfkkürün subkomponentlərindən biridir. Yəni milli təfəkkür tarixi təfəkkürdən ibarətdir, siyasi təfəkkürdən, dini təfəkkürdən və bədii təfəkkürdən ibarətdir. 

Aiyasət həm də bir natiqlik sənətidir. Həmçinin obrazladırmaq, müqayisə etmək sənətidir. 

Əgər siz ədəbiyyat adamı deyilsinizə, ədəbiyyatla zəngin deyilsinizsə, söz ehtiyyatınız, bədii frazalarınız, metaforalarınız yoxdursa  yoxdursa siz siyasətinizə nə ilə bəzək-düzək verəcəksiniz?! Göreüddd

Bunlar çox bağlı olan sahələrdir. Mən düşünürəm ki, ədəbiyyat siyasətin subkomponentlərindən biridir. 

- Siyasətlə məşğul olmağınız eir yazmağınıza mane olmurmu?

- Azərbaycan tarixi eir yazan siyasətçilərlə çox zəngindir desək yanılmarıq. Elə  Azərbaycan dövlətçilik tarixinin görkəmli qurucularından biri Şah İsmayıl Xətai şair idi. Bizim həm dövlət xadimi kimi, həm də dastan qəhrəmanı kimi obrazlaşdırılmış, yaddaımıza həkk etdiyimiz Dədə Qorqud aşıq idi, yaradıcı insan idi. 

Sonrakı dövrlərdə də Azərbaycan rəhbərlik etmi şəxsiyyətlərin əksəriyyəti ədəbbiyyat maraqlısı olublar, şeir yazıblar.

Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev siyasətdə ədəbiyyata xitab edirdi. Çox sevdiyi Səməd Vurğundan şeir deyirdi. Yəni bu əslində siyasətin içərisində olan ədəbi ruhun təzahürüdür. 

Ona görə də mən düünürəm ki, siyasətdə olub, ədəbiyyatçı olmamaq bir qədər qüsur hesab oluna bilər. Amma siyasətdə olub ədəbiyyatçı olmaq əsla qüsur hesab edilə bilıməz.

Mən də əslində eir yazmağı etiraf etmək istəməzdim. Qətiyyətlə sual verdiyinizə görə məcburam bunun haqqında danışmağa...  Şeir insanın emosional ruhunun maarifləməsi hadisəsidir.

Uşaq vaxtından mən çox maraqlı bir ədəbi- bədii mühitdə böyümüşəm. Atam filoloq olubdur. Ədəbiyyatı çox sevib, Mənə türk dünyasının böyük airi Nazım Hikmətin adını, kiçik qardaşıma Tofiq Fikrətin, digər qardaşıma isə Ömər Xəyyamın adını veribdir. Anam da ədəbiyyatı çox sevib. 

Gözümü açandan ədəbiyyatla böyümüşəm. Bəlkə də ədəbiyyat sevgisi də buradan yaranıb. 

Düünürəm ki, sosial mühit hər nə qədər əxsiyyətin formalaşmasında mühüm faktordursa bir o qədər də genetik faktor önəmlidir. Görünür genetik kodlar etibarı ilə də mən ruh insanı, ədəbiyyat adamı olmuşam. 

"Mən heç məmur "kreslo"da özümü məmur kimi hiss etmirəm"- Hikmət Babaoğlu

- Bəs ailənizin, yaxınlarınızın ətrafında olarkən  özünüzü məmur kimi hiss edirsiz ya şair ruhda? 

- Məsələ bundadır ki, mən məmur kreslosunda olanda da özümü məmur kimi hiss edə bilmirəm. Daha çox ədəbiyyat adamı kimi, ruh adamı kimi hiss edirəm. 

Məsələn bu yaxınlarda mən atlarla bağlı bir kitab yazırdım. - "Türk tarixində mifaloji Dünya görüşündə atlar"... Bu kitabı başa çatdırdım. Atlarla bağlı uşaqlıq xatirələrim vardı onu da roman çevirdim. Bu vaxt özümdən aslı olmayaraq bir şeir yazmalı oldum. 

Qaşqa atım, səkil atım, sur atım,
Səmənd atım, sərmənd atım, dür atım,
Tarix sənin nallarının altında…
Səni mindim, hasil oldu muradım.

Kürəyinə kürk eylədin türkü sən,
Dodağımda ən sevdalı türküsən.
Nə türk səni atar, nə də türkü sən,
Kəhər atım, köhlən atım, kür atım.

Gözün alma, saçın yalman, səsin gur,
Sinən geniş, boyun uca, ruhun hürr.
Göbəyimiz bir kəsilib, haqq budur,
Arxa atım, dayaq atım, dür atım.

At muraddı, at qanaddı, at anddı,
Türk ata, at türkə qoldu, qanaddı.
Tanrım bizi bir torpaqda yaratdı,
Qəmər atım, qonur atım, qor atım.

Döyüş marşım kişnərtindi, səsindi,
Qucdum boynun, külək kimi əs indi.
Bir qılıncım, bir atım var… bəsimdi,
Qardaş atım, qulan atım, qul atım.

Yəni bu şeir necə yazıldı mən bilmirəm. Mən bu şeiri bir yerdə deyən zaman çox hörmətli millət vəkilimiz, gözəl bəstəkar Novrzuz Aslan bildirdi ki, bu şeirə mahnı bəstələyəcək. Mən yox desəm də o israrla şeiri məndən alıb, musiqi bəstələdi. Bu da "Youtube"da var. 

Elə gözəl bir musiqi bəstələyib ki, çox qürurvericidir.

Şeir yazmaq elə bir hadisədir ki, əlinə qələm götürüb şeir yazıram deyən zaman yazılmır. Amma birdən ilham gələn zaman yazmamaq da olmur. Əsl şeir yazmamaq olmur vəziyyətində yarnan şeirdir. Təəssüf ki, bu məndə çox az-az olur. 

"Mən heç məmur "kreslo"da özümü məmur kimi hiss etmirəm"- Hikmət Babaoğlu

- Şeirlərinizə başqa mahnı bəstələyən, oxuyan varmı? Və ya təklif ediblərmi?

- Baqa mahnı bəstələyən yoxdur. Amma təkliflər olub mən razı olmamışam. Çünki Azərbaycanda siyasətçilərə belə bir yanama var. Bu qeyri-ciddi hadisə kimi hesab edilir. O həm siyasətçidir, həm şeir, roman yazır... 

Hesab edirlər ki, bir insanın universal qabiliyyətlərə malik olması qeyri-ciddilikdir. Bu səbəbdən, tanıdığım çoxsayda adamlar var ki, ədəbiyyat maraqlarını da gizlədirlər, şeirlərini də gizlədirlər. Yəni bu ictimai qınaqdan yayınmaq üçün bunu edirlər. 

Mən bunu açıqlayıram bilmirəm ictimai rəy məni nə dərəcədə səmimi qəbul edəcək. Bilmirəm məni buna görə qıyacaqlar ya yox... Amma hər halda istədim səmimi olum. 

"Mən heç məmur "kreslo"da özümü məmur kimi hiss etmirəm"- Hikmət Babaoğlu- Gənc yazarlar, şairlərlə əlaqələriniz varmı?

- Əlbətta var. Mənim şeirlərini sevdiyim gənclər var. Amma üzüldüyüm bir hal var ki, onlar haqq etdikləri qədər məşhurlaşa bilmirlər. Bu kimin günahıdır? Zəmanənin günahıdır, sosial mühitin yoxsa müassir texnologiyaların, ədəbiyyata marağın azalmasının günahıdır? Bilmirəm. Amma deyə bilərəm ki, yeni nəsil yaxşı şairlərimiz çoxdur. Sadəcə onlara motivasiya lazımdır. Şairin də motivasiyası onun geniş oxucu auditoriya kütləsinin olmasıdır. Onun bəyənilməsi və məhurlaşmasıdır ki, onun üzərində həm də ədəbiyyat mühitinin ictimai sifarişi gəlsin. Məsuliyyət yaratsın, onu yaradıcılığa sövq etsin. Bu çatışmır Azərbaycan cəmiyyətində...

Məsələn Şəhriyar del Geraninin şeirlərindən oxuyuram. Turla Turanın bəyəndiyim şeirləri var. Eləcə də bizim çox istedadlı şairimiz Aqşin Yeniseyin şeirlərini oxuyuram. Onunla həm də çox maraqlı ictimai-münasibətlərimiz var. Yaxşı yazılar yazır. Və başqaları... Bu siyahını uzada bilərik... 

Aygün İlqarqızı

FOTO+ VİDEO: Nurlan Şiraliyev 

"Mən heç məmur "kreslo"da özümü məmur kimi hiss etmirəm"- Hikmət Babaoğlu

Müsahibə ətraflı videoda:

*******

 

 

 

Loading...

Oxşar Xəbərlər