SOSIAL VİDEO 20 XƏBƏR

Bu Dəmir Yolu Müəssisəsində ÖZBAŞINALIQ - İşçilər şənbə və bazar işə çağırılırlar (ŞOK VİDEO)

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus idarədə məcəlləsinin 89-cu maddəsi pozulub.

32gun.az-ın məlumatına görə, idarədə dəmiryol əməkdaşları şənbə və bazar günləri də işə çağırılır. 
Bununla bağlı görüntülər yayılıb. Paylaşılan görüntünün 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi"nə aid olduğu iddia edilir. Müəssisənin rəhbəri Cavid Məmmədovun işçilərlə qeyri-etik danışması, şənbə və bazar günləri istirahət hüququndan istifadə etmək istəyən əməkdaşları işdən çıxarmaqla hədələməsi öz əksini tapıb.

Qeyd edək ki, Əmək Məcəlləsinin 89-cu, “Tam iş vaxtı və onun müddəti” maddəsinin birinci hissəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Maddədən göründüyü kimi,  tam iş vaxtı həftəlik və gündəlik iş saatının müəyyən edir.  Bundan əlavə, tam iş vaxtı işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Misal üçün, nahar fasiləsi tam iş vaxtına daxil edilmir.

Məcəllənin 89-cu maddəsinin ikinci hissəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
Ayxan

Loading...

Oxşar Xəbərlər